OnlineSinif.az — Azərbaycanda İngilis dili təhsili sahəsində onlayn imtahan və sınaq platformasıdır. Platforma İngilis dili öyrənənlər üçün dinləmə (listening), qrammatika (grammar) və oxu (reading) bölmələri üzrə interaktiv testlər və imtahan materialları təqdim edir.
Məqsədimiz tələbələrə MİQ (Müəllimlərin İşə Qəbulu) və digər İngilis dili imtahanlarına hazırlaşmaqda kömək etməkdir. Platforma vasitəsilə istifadəçilər istənilən vaxt və istənilən yerdən imtahan suallarını həll edə, nəticələrini izləyə və biliklərini yoxlaya bilərlər.
OnlineSinif.az platformasında aşağıdakı xidmətlər təqdim olunur:
• İngilis dili qrammatika testləri (Grammar quiz)
• Dinləmə anlama testləri (Listening)
• Oxu anlama testləri (Reading)
• MİQ İngilis dili sınaq imtahanları
• Danışıq bacarıqları materialları (Speaking)
Bəzi testlər pulsuz təqdim olunur, bəzi premium testlər isə ödənişlidir. Ödənişlər onlayn bank kartı vasitəsilə həyata keçirilir.