OnlineSinif.az rəqəmsal təhsil xidməti təqdim edir. Platformada satılan məhsullar onlayn imtahan və test materiallarına girişdir. Aşağıda ödənişin geri qaytarılması və ləğvi ilə bağlı qaydalar təqdim olunur.
Ödəniş edildikdən sonra 24 saat ərzində xidmətdən (testdən) istifadə edilməyibsə, tam geri qaytarılma mümkündür.
Platformanın texniki problemləri səbəbilə xidmətdən istifadə mümkün olmadıqda tam geri qaytarılma edilir.
Eyni xidmət üçün səhvən iki dəfə ödəniş edildikdə artıq ödəniş geri qaytarılır.
İstifadəçi səhv məhsul üçün ödəniş edibsə və xidmətdən istifadə etməyibsə, geri qaytarılma mümkündür.
İstifadəçi ödənişli testi açıb həll etməyə başlayıbsa, ödəniş geri qaytarılmır.
Ödəniş edildikdən 24 saat sonra edilən geri qaytarılma müraciətləri qəbul edilmir.
İmtahan suallarının çətinliyi, nəticədən narazılıq və ya subyektiv səbəblər geri qaytarılma üçün əsas deyildir.
Ödənişin geri qaytarılması üçün aşağıdakı addımları izləyin:
1. alisoy1408@gmail.com ünvanına müraciət edin
2. Müraciətdə aşağıdakıları qeyd edin: adınız, e-poçt ünvanınız, ödəniş tarixi, ödəniş məbləği, geri qaytarılma səbəbi
3. Müraciət 3 iş günü ərzində baxılacaq
4. Təsdiqlənən geri qaytarılmalar 5-10 iş günü ərzində kartınıza köçürüləcək
Ödəniş prosesi zamanı (bank səhifəsində) ödənişi ləğv etmək mümkündür. Ödəniş tamamlandıqdan sonra ləğv üçün yuxarıda göstərilən geri qaytarılma prosesinə müraciət edin.
Qaytarılma və ödəniş məsələləri ilə bağlı:
• E-poçt: alisoy1408@gmail.com
• Telefon: +994 51 357 23 07
• Cavab müddəti: 1-3 iş günü